Səfirin qətlində əli olanlar ömürlük həbs edildi

10-03-2021, 06:15

Səfirin qətlində əli olanlar ömürlük həbs edildi


Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı məhkəmə prosesinə yekun vurulub.
Türkiyə mətbuatınlnyaydığı xəbərə görə, səfirin qətli ilə əlaqəsi olan bir neçə nəfərə hökm oxunub.
Cinayətdə FETO lideri Fətullah Gülən də daxil olmaqla, 28 nəfər ittiham olunub.
Prosesin yekununda üç müttəhimə iki ömürlük, bir müttəhimə bir ömürlük həbs qərarı verilib.
Ankara İkinci Ağır Cinayətlər Məhkəməsi yeddi müttəhim barəsində FETO üzvlüyünə görə 7 il 6 aydan 10 il 6 aya qədər dəyişən müddətli həbs cəzası qərarı çıxarıb.
Səfirin qatili Mövlud Mert Altıntaşa sui-qəsd təlimatı verən Salih Yılmaz və Şahin Sögüt iki ömürlük həbs cəzasına məhkum ediliblər.
Məhkəmə səfirin qətli ilə bağlı prosesdə təqsirləndirilən altı nəfərə bəraət verib, daha səkkiz nəfər 5 ildən 15 ilədək həbs cəzasına məhkum edilib.





Facebook'da Paylaş