Helikopter qəzasında həlak olan general kimdir?

5-03-2021, 06:26

Helikopter qəzasında həlak olan general kimdir?

Türkiyənin Bitlis bölgəsi Tatvan mahalında qəzaya uğrayan hərbi helikopterdə həlak olanlar arasında 8-ci korpus komandiri Osman Erbaş da var.
NTV xəbər verir şəhid general-leytenant xidmət etdiyi vilayətlərdə xalqın sevgisini qazanan bir hərbçi idi.

Elazığ 8-ci ordu korpusunun komandiri general-leytenant Osman Erbaş təxminən 5 ildir bu vəzifədədir.
Yozgat Yerköydə anadan olan şəhid komandir məmləkətindəki orta məktəbdə təhsil alıb.
Karyerası boyunca bir çox vəzifələri müvəffəqiyyətlə yerinə yetirən Osman Erbaşın son iş yeri Elazığ idi.
O, 2016-cı ildə general-mayor rütbəsi ilə Adana 6-cı Mexanikləşdirilmiş Piyada Diviziyası komandiri vəzifəsini icra edirdi.
Qeyd edək ki, martın 4-də Türkiyə ordusuna məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində 11 hərbçi həlak olub, 2 nəfər yaralanıb.






Facebook'da Paylaş