Yerevandakı mitinqdə saxlanılanlar var

20-02-2021, 20:19

Yerevandakı mitinqdə saxlanılanlar var


Yerevandakı Azadlıq meydanında Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən siyasi və ictimai qüvvələrin mitinqi keçirilir.
Mitinqi "Vətənin xilası hərəkatı" adlanan ictimai təşəbbüs təşkil edib.
Hərəkata 10-dan çox siyasi partiya daxildir. Mitinqə qoşulanlardan xeyli saxlanılanın olduğu bildirilir…
“Ermənistan uçurumun astanasındadır, ölkə iqtisadiyyatı hər gün düşməkdə davam edir. Bütün bunlara dözməyin, mübarizə aparın. Yalnız bir tələb var - xainin istefası. Birlikdə vətənimizi xilas edəcəyik ”, - deyə hərəkatın mitinqöncəsi yaydığı müraciətdə vurğulanıb.
Xatırladaq ki, bugünkü mitinqlə bağlı razılıq fevralın 4-də və 15-də eks-prezidentlər Serj Sarkisyan, Robert Koçaryan, "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyan, müxalifətin vahid namizədi Vazgen Manukyan, "Vətən" partiyasının sədri Artur Vanetsyan və "Daşnaksütyun" partiyasının Ali Şurasının üzvü İşxan Saqatelyanın Yerevanda keçirdikləri görüşdə əldə olunub.




Facebook'da Paylaş