Müzəffər Azərbaycan Ordusunda "Mübarizdən sonra"
Milli Qəhrəman Mübariz İbrahimovun timsalında qəhrəman, igid oğullarımız, şəhidlərimiz haqqında vətənpərvərlik mövzusunda, maarifləndirici, əxlaqi, fəlsəfi görüşlərimiz təhsil ocaqlarında, mədəniyyət ocaqlarında, hətta hərbi hissələrdə də davam edir.
Mənimlə birlikdə olan Vətənimin hər bir dəyərli insanlarına öz təşəkkürümü bildirirəm.
1998-2000-ci illərdə hərbi xidmətdə olanda ordumuz qarşısında, gənc əsgərlərin qarşısında həmişə çıxışlar edirdim. Azərbaycan Ordusu qarşısında çıxış etmək mənim üçün, həm şərəf, həm məsuliyyət, həm də qürurdur.
Yaşasın, Azərbaycanın Müzəffər Ordusu!
Ordu – dövlətin qürur yeridir.
Azərbaycan Ordusu xalqımızın gücü, dövlətimizin dayağıdır. Sizin varlığınız xalqımıza arxayınlıq, düşmənə isə xəbərdarlıqdır.
Əsgər və zabit – Vətənin sipəridir.
Hər bir əsgər Vətənin sərhədində dayanan bir ürəkdir. O ürək Vətən üçün döyünür, bayraq üçün çırpınır.
Şəhidlərin əmanəti
Bu gün azad torpaqlarda dayanırıqsa, bu, şəhidlərimizin qanı hesabınadır. Onların əmanəti sizin çiyinlərinizdədir.
Qələbə ruhu
İkinci Qarabağ müharibəsi göstərdi ki, Azərbaycan əsgəri təkcə silahla yox, imanla, iradə ilə döyüşür.
Komandan–əsgər birliyi
Ordunun gücü təkcə silahda deyil, birlikdə, nizam-intizamda və qarşılıqlı hörmətdədir.
Gənclərə nümunə
Bu gün məktəblərdə böyüyən uşaqlar sizə baxaraq vətənpərvərliyi öyrənirlər. Sizin duruşunuz bir dərsdir.
Mənəvi dəyər
Ordu təkcə hərbi qurum deyil, həm də milli-mənəvi dəyərlərimizin qoruyucusudur.
Müşfiq Malik Muğamlı
AYB-nin üzvü
şair-yazıçı, publisust
Facebook'da Paylaş