BMT Mərkəzi Afrika Respublikasına qarşı silah embarqosunu uzadıb

30-07-2022, 10:00

BMT Mərkəzi Afrika Respublikasına qarşı silah embarqosunu uzadıb

BMT Təhlükəsizlik Şurası Mərkəzi Afrika Respublikasına qarşı silah embarqosunu bir il müddətinə uzadıb.

Ordum.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın təklif etdiyi qətnamənin lehinə 10 ölkənin nümayəndəsi səs verib, Rusiya və Çin də daxil olmaqla beşi bitərəf qalıb.

Qətnamədə bir daha vurğulanır ki, BMT ölkələri bu ölkəyə silah və hərbi avadanlıqların ötürülməsinin qarşısını almaq üçün tədbirlər görməlidir.

Mərkəzi Afrika Respublikasına qarşı sanksiyalar, o cümlədən silah tədarükünə məhdudiyyətlər 2014-cü ildən qüvvədədir.




Facebook'da Paylaş