Britaniya kəşfiyyatı: “Rusiya uğur qazanması barədə vaxtından əvvəl və yalan bəyanatlar verib

16-07-2022, 10:13

Britaniya kəşfiyyatı: “Rusiya uğur qazanması barədə vaxtından əvvəl və yalan bəyanatlar verib

“Rusiyanın hücum əməliyyatları hələ də əhatə dairəsi və miqyası baxımından məhdud olaraq qalır və döyüşlər Lisiçanskdan qərbdə Seversk və Baxmut istiqamətində gedir”.

Ordum.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi tvitter səhifəsində məlumat yayıb.

Qeyd edilib ki, Rusiya bundan qabaq da uğur qazanması ilə bağlı vaxtından əvvəl və yalançı bəyanatlar verib: “Yəqin ki, bu, qismən də olsa daxili auditoriyaya uğur əldə olunduğunu nümayiş etdirmək və ruh yüksəkliyini gücləndirmək məqsədi daşıyır”.

Bundan başqa, Britaniya kəşfiyyatının məlumatına əsasən, Lisiçanskın Rusiyanın nəzarətinə keçməsindən və Ukraynanın müdafiə xəttinin qısalmasından sonra Ukrayna Silahlı Qüvvələri Rusiyanın hücumlarını uğurla dəf edib: “Bu, Rusiyanın səngimiş hücumlarına qarşı qüvvələri və atəşi cəmləşdirməyə imkan verib, Rusiyanın impulsunun azaldılmasında mühüm rol oynayıb”




Facebook'da Paylaş