Əfqanıstan və Tacikistan sərhədçiləri arasında silahlı toqquşma olub

16-05-2022, 08:25

Əfqanıstan və Tacikistan sərhədçiləri arasında silahlı toqquşma olub

Əfqanıstan-Tacikistan sərhədində silahlı toqquşmalar olub.

Ordum.az bu barədə “Afghanistan International”a istinadən xəbər verir.

"Əfqanıstanın şimalındakı yerli mənbələr Şerxan-Bəndər ərazisində, sərhəddə Tacikistan sərhədçiləri ilə “Taliban” qüvvələrinin dörd saat ərzində bir-birinə atəş açdığını bildirir", - xəbərdə vurğulanır.

“Mənbələrin məlumatına görə, silahlı toqquşma “Taliban” qüvvələri ilə Tacikistan sərhədçiləri arasında şifahi gərginlikdən sonra baş verib və ilk olaraq “taliblər” atəş açıb”, - məlumatda qeyd edilir.

Hələlik Tacikistanın hökumət strukturları və Əfqanıstanda nəzarəti əlinə almış “Taliban” nümayəndələri xəbəri şərh etməyiblər.




Facebook'da Paylaş