Qırğızıstan və Tacikistan arasındakı gərginlik bitdi

1-05-2021, 18:39

Qırğızıstan və Tacikistan arasındakı gərginlik bitdi

Qırğızıstan daxili işlər nazirinin birinci müavini Suyun Omurzakov Tacikistan daxili işlər nazirinin müavini Nozim İbrohimzoda ilə görüşüb.
Görüş zamanı tərəflər sərhəd boyunca vəziyyətin sabitləşdirilməsi ilə bağlı razılıq əldə ediblər.
Qeyd olunur ki, hazırda münaqişə bölgəsindəki vəziyyətin tam tənzimlənməsi üçün tədbirlər görülür.
Bu gün səhər saatlarında Qırğızıstan tərəfi Tacikistanın sərhəd kəndini atəşə tutduğunu bildirmişdi.
Bu gün həmçinin iki ölkə prezidentləri arasında da telefon danışığı olub.




Facebook'da Paylaş