Sumqayıt Bayraq Muzeyində daha bir şəhidin xatirəsi anılıb

6-06-2024, 18:10

Sumqayıt Bayraq Muzeyində daha bir şəhidin xatirəsi anılıb

Sumqayıt Bayraq Muzeyində daha bir şəhidin xatirəsi anılıb

İyunun 6-sı Sumqayıt Bayraq Muzeyində Şəhid Şirin Qurbanovun ad günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə şəhid ailələri ilə yanaşı, mədəniyyət işçiləri, həbiçilər, şairlər, jurnalistlər və məktəblilər də iştirak ediblər. Tədbir şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olunub. Bayraq Muzeyinin rəhbəri Günay İmanova qonaqları salamlayaraq günün önəmindən danışıb. Daha sonra tədbirin aparıcısı Vəsilə xanım şəhid Şirin Qurbanov haqqında məlumat verərək, çıxış üçün sıra ilə qonaqlara söz verib. 28 May Mədəniyyət evinin rəhbəri Vüsal Yaqublu və Sumqayıtın Tarixi Muzeyinin rəhbəri Namiq Əliyev çıxışları zamanı bildiriblər ki, rəhbərlik etdikləri mədəniyyət ocaqlarında şəhidlərimizin xatirəsi tez-tez yad edilir, mütəmadi olaraq qəhrəmanlarımızla bağlı tədbirlər həyata keçirilir. Millət vəkili Razi Nurullayevin nümayəndəsi, AYB-nin üzvü şairə Esmira Günəş isə öz çıxışı zamanı hər zaman şəhid ailələrinin ziyarətlərində olduqlarını, şəhidlər haqqında yazdığı 20 kitabın təqdimatını bütün bölgələrimizdə keçirdiyini bildirərək, Şirin Qurbanovun yer aldığı "Cəsur Qəhrəmanlar" kitabını şəhidin bacısına təqdim edib. Tədbirin bədii hissəsində 24 saylı məktəbin şagirdi Leyla Məmmədovanın şeiri və səsləndirdiyi vətənpərvər musiqiləri qonaqları çox duyğulandırıb. Tədbirdə iştirak edən şəhid ailələri hər biri çıxış edərək şəhidləri haqqında qonaqlara məlumat veriblər. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırıldıqdan sonra qonaqlar çay süfrəsinə dəvət olunublar.











Facebook'da Paylaş