BALAKƏNDƏ BİR ŞƏHİD BULAĞI VAR
BALAKƏNDƏ BİR ŞƏHİD BULAĞI VARElmar Elçin oğlu Mamedov 7 iyul 2001-cil ildə Balakən şəhərində anadan olub. 2003-cü ildə ailə Bakıya köçdü. Xəzər rayon 218 saylı orta məktəbdə Elmar birinci sinifə daxil olur. Ərəb əlifbasını öyrənmək arzusunu atasına dedi. Az müddətdə Qurani-Kərimi oxumağa başladı. İllahiyyat müəllimi onun by qabiliyyətini, həvəsini görüb ona “Qurani- Kərimi” bağışladı.
2019-cu ildə Elmar Balakən şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırıldı. Tərtər rayon Qapanlı kəndində qumbara atan dəstədə əsgərlər arasında fərqləndi.
Atasının dedikləri:“Oğlum Elmar hələ əsgərlikdə olarkən bibisi oğlu çempion Rəsul Çunayevə məktub göndərmişdi. Onu qələbəyə görə həm təbrik etmiş, eyni zamanda söyləmişdi ki, məni də gələcəkdə təbrik edəcəksiniz, qələbə qazanıb şəhid olacağam. O qorxmaz uşaq idi”.
Tərtər-Ağdərə uğrunda gedən döyüşlərin birində Elmar ağır yaralanmışdı. Onun döyüş yoldaşı – şəkili Sərdarın dediklərindən: “ Biz iki maşınla (hər maşında on beş nəfər) döyüş zonasına daxil olduq. Elmar mənimlə bir maşında idi. Birdən elə oldu ki, qarşıdan gedən maşın artileriya mərmisinə tuş gəldi – ölən və yaralananlar oldu. Mən bu döyüşdə onun igidliyinə heyran qaldım. Üç nəfər ağır yaralı əsgəri necə çətinliklə səngərə çatdırdı. Əgər mühasirəyə düşsəm son qumbaranı özümə saxlamışam,- dedi. Elə bu zaman qoluna dəyən qəlpə yarası onu yerə sərdi. Düzdür, biz onu Tərtər xəstəxanasına çox çətinliklə çatdırsaq da onu həkimlər xilas edə bilmədi. Çoxlu qan itirdiyindən Şəhid oldu.
Zakatalalı Sənan Rəcəbov tez-tez Balakənə baş çəkir, Şəhidlər Xiyabanında onu ziyarət edir və ana, ataya təsəlli verərək, mən də bu gündən sizin oğlunuzam,-deyir. Elmar Mamedovun Şəhadətə yüksəlməyindən iki il keçir, Allah ona rəhmət eləsin, ata, anasına səbir versin.
Zümrüd Dibirova – AJB-nin üzvü,
Balakən rayonu Mahamalar kəndi
Facebook'da Paylaş