Biləsuvarda şəhidlərin xatirəsinə ucaldılan abidənin açılışı olub

18-02-2022, 18:19

Biləsuvarda şəhidlərin xatirəsinə ucaldılan abidənin açılışı olub

Biləsuvar rayonunun Çaylı kəndində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin açılışı olub.

Ordum.az-ın məlumatına görə, tədbirdə müharibə əlilləri, veteranlar, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edənlər şəhidlərin keçdiyi döyüş yolundan söhbət açıblar.

Həmçinin şəhidlərin məzarları ziyarət edilib.

Qeyd edək ki, Biləsuvar rayonunun Çaylı kəndi Vətən müharibəsində 7 şəhid verib.




Facebook'da Paylaş