Qubada şəhid bulağının açılışı olub

28-01-2022, 18:12

Qubada şəhid bulağının açılışı olub

Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsinə Qubanın Qonaqkənd qəsəbəsində inşa edilən bulağın açılışı olub.

Ordum.az-ın verdiyi məlumata görə, rayonun Qonaqkənd qəsəbəsində 1-ci Qarabağ müharibəsi şəhidi Kamran Orucovun adına olan bulağ istifadəyə verilib.

Açılış tədbirində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına savaşaraq şəhid olan vətən oğullarının xatirəsi anıldıqdan sonra söz tədbir iştirakçılarına verilib. Həm birinci Qarabağ müharibəsi, həm də Vətənə Müharibəsində qəhrəmancasına savaşan yurdun qorxmaz oğullarının böyük bir uğura imza atığını deyən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev vurğuladı ki, Şəhidlərimiz şəhadətə ucalmaqla əbədi ölməzlik qazanıblar. 1-ci qarabağ müharibəsində oğlu Kamran Orucov, Vətən Müharibəsində isə nəvəsi Saleh Nuriyev şəhid olan Niyətulla Orucov vurğuladı ki, oğlu Kamran və nəvəsi Saleh könüllü olaraq ön cəbhədə hərbi xidmət edib. Nə qədər çətin olsada O, bütün şəhid valideynlərinə sarsılmaz təmkin diləyib.

Çıxışlarda vurğulandı ki, 1-ci qarabağ müharibəsi şəhidi Kamran Orucov məzarsız qəhrəmanlarımızdandır. Ailə üzvləri illərlə onun gələcəyi günü gözləyiblər. Və bulağın onun adını daşıması indi şəhidi anmaq istəyənlərin bir ziyarət yeri olacaq.

Bulağın açılışının rəsmi lenti kəsilib. Şəhid Kamran Orucovun adını daşıyan bulağın üzərindəki xatirə lövhəsində Vətən Müharibəsi şəhidləri Saleh Nuriyevin, Cəlil Məmmədovun, Sadiq Azayev və Orxan Ömərovun da şəkilləri yer alıb.

Bulağın rəsmi açılış mərasimindən sonra tədbir iştirakçıları bulağı ziyartə edib, bulaq kompleksinin önünə gül dəstələri düzüblər.




Facebook'da Paylaş