247 yaralı hərbçini xilas edən şəhid həkimin xatirəsi anılıb

20-11-2021, 18:28

247 yaralı hərbçini xilas edən şəhid həkimin xatirəsi anılıb

Vətən Müharibəsi şəhidi, tibb xidməti leytenantı həkim Mirlətif Mirislam oğlu Ağayevin doğum günüdür.

Ordum.az-ın məlumatına görə, bu münasibətlə şəhidin məzarı ziyarət olunub.

Qeyd edək ki, Mirlətif Ağayev 20 noyabr 1990-cı ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. 2008-2013-cü illərdə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb.

O, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. 247 yaralı əsgəri, 20 şəhidi döyüş meydanından çıxarıb.

Mirlətif Ağayev oktyabrın 26-da Qubadlı döyüşləri zamanı şəhid olub. Noyabrın 7-də Cəlilabad rayonu Ləkin kənd qəbiristanlığında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə (ölümündən sonra) təltif olunub.




Facebook'da Paylaş