Vətən müharibəsi şəhidinin xatirəsi yad olunub - VİDEO

3-11-2021, 15:28

Vətən müharibəsi şəhidinin xatirəsi yad olunub - VİDEO


Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şəhid Tural Rəhimlinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bötövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Şəhid Tural Rəhimlinin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Şəhidin atası Gəray Rəhimli övladı haqqında xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Çıxış edənlər Vətən müharibəsində qazanılan qələbədə göstərilən qəhrəmanlıqlardan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində şəhidlərimizin intiqamının döyüş meydanlarında alındığından danışıblar.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqi nömrələri təqdim edib.




Facebook'da Paylaş