“Dayaq” Yasamal rayonunda könüllü sosial cəhətdən qayğıya ehtiyacı olan insanlara sosial dəstək göstərməkdə davam etdirir

13-06-2024, 11:01


“Dayaq” Sosial Maarifləndirmə İB-i həyata keçirdiyi “Könüllü sosial xidmətçilik” layihəsi çərçivəsində Yasamal rayonunda könüllü sosial cəhətdən qayğıya ehtiyacı olan insanlara, könüllülük prinsipinin aşılanması ilə gənclər bu qəbildən olan insanlara sosial xidmət göstəriləcək iyun ayının 12-i Azərbaycan Texniki Universitetinin nəzdində, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində baş tutub. Tədbirdə layihə rəhbəri Hicran Əliməmmədova, layihənin eksperti Aysel Əliməmmədova, Yasamal rayon İcra Hakimiyyətinin 1 saylı icra nümayəndəsinin müavini Rüstəm Mehdizadə və 1 saylı icra nümayəndəsinin mühəndisi Həsən Sultanov, Presedent vəkil bürosunun vəkili və rəhbəri, Mediyadiya təşkilatının üzvü, 2 saylı Mediyasiya təşkilatının mediyatoru Həşimova Zülfiyyə, Bakı Dövlət Universiteti -in müəllimi Cəfərov Qaim, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin hərbi rəhbəri Salayev Oqtay iştirak edib.
Belə ki, layihənin fəaliyyət planına əsasən Yasamal rayonunda yaşayan könüllü sosial sahədə qayğıya ehtiyacı olan insanlara sosial xidmət göstərilib. Vəkil tədbirdə iştirak edən vətəndaşların suallarını ətraflı şəkildə cavablandıraraq, cari problemlərinin həlli istiqamətində onlara hüquqi dəstək göstərib. Tədbirin sonunda dəftərxana ləvazimatları paylanılıb.
Məlumat üçün qeyd edək ki, “Könüllü sosial xidmətçilik” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilməkdədir.












Facebook'da Paylaş