Bayrağını sevən millətini də sevər
Bayrağını sevən millətini də sevərAylardır tibb müəssisələrində süründürməçiliyə, qaşqabaqlı tövrlə get gələ salınan birinin qəfildən xoş rəftarla qarşılanması doğrudan doğruya adamı heyrətləndirir. Məni heyrətləndirən 19 Saylı Şəhər Poliklinikasında bir həftədir düyünə düşmüş Dövlət tibb müəssisələrində ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi üçün Göndəriş Vərəqəsinin bir anda tilsiminin qırılması oldu.
Beləki Elmi Tibbi Bərpa Mərkəzinin sığorta məsləhətçisi bizi səmimiyyətlə, gülərüzlə qarşılayıb müşkülümüzü çözdü. Onun yardımı sayəsində Göndəriş Vərəqəsi təzələnərək sistemə daxil edildi, elə həmin an da təsdiqləndi. İşimiz bitəndən sonra həmin otağa qayıdıb məsləhətçinin ad, soyadını soruşdum.
Behbudova Aynur Cavanşir qızı,-dedi. Şəklini çəkməyə icazə istədim. Səbəbini soruşdu. Təşəkkür yazacağımı bildirdim. Nə təşəkkürü deyə, təəccübləndi. “Vətəndaş məmnunluğu təşəkkürü”,- dedim. Mən öz işimi görürəm, vəzifə borcumu yerinə yetirirəm,-dedi. Ona görə də heç bir təmənnam yoxdur.
Hər kəs öz işini belə vicdanla, görmür. Öz vəzifə borcunu sizin kimi ləyaqətlə yerinə yetirmir, deyə fikrimi bildirdim. Aynur xanımın iş yoldaşı, Elmi Təqdiqat Tibbi Bərpa Mərkəzinin “Xəstə xidmətləri” şöbəsində I və II Qarabağ Müharibəsinin iştirakçiları,veteranları, qaziləri və şəhid ailələrinin məsələləri ilə məşqul olan
İbrahimova Təranə İslam qızı sözümə sökək verdi. Dedi Aynur, axır ki, sənin də işinə, zəhmətinə bir qiymət verən tapıldı.
Sözün düzü, indiki qarışıq zəmanədə iş yoldaşının uğuruna, xoş halına belə ürəkdən sevinən, canfəşanlıqla onun haqqını tanıdan az-az tapılar. Təranə İbrahimova Aynur Behbudovanın bütün tərcümeyi halını danışdı:
Sumqayıtda yaşamasına baxmayaraq bu uzaq yolu çox həvəslə gedib gəlir. Səhər saat səkkizin yarısında, ən gec gələndə səkkizdə işinin başında olur. Artıq kifayət qədər iş təcrübəsi də var. 1997-ci ildə Şəki Tibb Kollecini bitirib. Elə həmin ildə Sumqayıt şəhər Uşaq xəstəxanasında tibb bacısı kimi əmək fəaliyyətinə başlayıb. Sonra Mərkəzi Neftcilər Xəstəxanasının Təcili Tibbi Yardım bölməsində əmək fəaliyyətini davam etdirib. 2017-ci ildə İcbari tibbi sığorta Pilot Layihəsi Yevlax Rayon Mərkəzi Xəstəxanasında Tibb bacıları şöbəsinin müdiri vəzifəsində işləyib. 2021-ci ildən bəri Elmi Tibbi Tədqiqat Bərpa Mərkəzində sığorta məsləhətçisi vəzifəsində çalışır.
Aynur Behbudovanın ən böyük və ən müqəddəs vəzifəsi ana olmasıdır. O, Vətən Müharibəsində döyüşən iki oğul böyüdüb. Elə taleyini də Birinci Qarabağ Müharibəsinin veteranı Behbudov Elşən Əkbər oğlunun taleyinə bağlaması da Vətən sevgisinin bir əlamətidir. Odur ki, iş masasının üstündə də Azərbaycan bayrağı cilvələnir. Aynur xanım isə bayrağımızı sevgidolu baxışlarıyla oxşayır.
Zənnimcə bayrağını sevən hər bir kəs, millətini də sevər dövlətini də və o dövlətin vətəndaşlarına vicdanla, ləyaqətlə xidmət edər. Aynur Behbudova kimi...
P.S. Süründürməçilər barədə növbəti buraxılışlarımızdaİşinə məsuliyyətlə, vətəndaşlara sayğı ilə yanaşanlara sayğıyla:
Tamxil ZİYƏDDİNOĞLU,
Hərbi Jurnalistlər Birliyinin sədri
Facebook'da Paylaş