“Milli-mənəvi dəyərlərin və ictimai davranş qaydalarının təbliği” mövzusunda tədbir keçirilib

6-10-2023, 21:27

“Milli-mənəvi dəyərlərin və ictimai davranş qaydalarının təbliği” mövzusunda tədbir keçirilib

Oktyabr ayının 4-də Bakı şəhəri Xətai rayonu Milli Qəhrəman Tahir Bağırovun adına 59 №-li tam orta məktəbində “Milli-mənəvi dəyərlərin və ictimai davranş qaydalarının təbliği” mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyininin layihəsi çərçivəsində həyata keçirilib.

İlkin olaraq “ İctimai Davranış Mədəniyyəti” adlı sosial çarx izlənib. Sosial çarxda insanlara “İctimai mühitdə davranışımızı özümüz seçirik, amma nəticəsini cəmiyyət yaşayır” mesajı verilib.

Layihənin rəhbəri B.Nəsibova layihənin məqsədindən danışaraq bildirib ki, müasir çağırışlar fonunda milli-mənəvi dəyərlərin aşılanması gedir. Belə bir şəraitdə xalqımızın mənəvi aşınmalardan qorunması üçün dövlətimiz müxtəlif maarifləndirici və praktiki tədbirlər görür.

Psixoloq və ekspert Gülnara İnanc öz növbəsində şagirdlərə milli-mənəvi dəyərlərin aspektlərindən danışıb. Bununla yanaşı milli-mənəvi və əxlaqi dəyərlər kimi qələmə verilən, amma cəmiyyətimizin inkişafına mane olan hallara qarşı ayıq olmağın nümunələrini misal gətirib. O cümlədən, narkotiklərin təhlükəsi və onlardan qorunmaq yollarını qeyd edib.

Ekspert, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin rəhbəri İradə Polad şəxsi davranış qaydalarının ictimaiyyətə təsiri, cəmiyyətimizdə baş verən proseslərdə, xarici ziyanverici çağırışlara qarşı diqqətli olmağın vacibliyini qeyd edib. Ekspert şagirdləri bu vacib məsələdə müəllim və valideynlərinin yanında olmağı məsləhət görüb.

Tədbirdə 59 saylı məktəbin müəllimləri və şagirdləri iştirak edib.




Facebook'da Paylaş