Novorossiysk şəhərinin milli-mədəni birliklərinin nümayəndələrinin toplantısı olub

26-07-2023, 19:11

Novorossiysk şəhərinin milli-mədəni birliklərinin nümayəndələrinin toplantısı olub

İyulun 25-da Rusiya Federasiyasının Novorossiysk şəhərinin bələdiyyə başçısı yanında Millətlərarası və konfessiyalararası münasibətlər üzrə idarələrarası komissiyanın iclası keçirilib. Tədbirdə Novorossiysk şəhərinin milli-mədəni birliklərinin nümayəndələri, eləcə də Krasnodar diyarı Azərbaycanlılar Birliyinin rəhbərliyi iştirak ediblər. Bu haqda saytımıza Krasnodar diyarı Azərbaycanlıları Birliyinin sədri Cəlal Abdullayev məlumat verib.

İclasda sülh və əmin-amanlığın necə qorunub saxlanması, millətlərarası münasibətlərin möhkəmləndirilməsi və hər bir milli mədəniyyətin özünəməxsusluğunu itirməməsi müzakirə olunub. Bu görüşdə Krasnodar diyarı Azərbaycanlılar Birliyinin fədakar əməyi, çoxşaxəli xeyriyyəçilik fəaliyyəti bütün iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.




Facebook'da Paylaş