BMT-nin Baş katibi Türkiyəyə başsağlığı verib

16-10-2022, 11:00

BMT-nin Baş katibi Türkiyəyə başsağlığı verib

BMT-nin Baş katibi Antoniu Quterreş Türkiyəyə başsağlığı verib.

Bu barədə Təşkilatın sözçüsü Stefan Düjarrik deyib.

Sözçü bildirib ki, Baş katib Türkiyənin Bartın şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində insan ölümündən dərin kədər hissi keçirir:

“Antoniu Quterreş həlak olanların ailələrinə, eləcə də Türkiyə hökumətinə və xalqına başsağlığı verir. Baş katib xəsarət alanların ən qısa zamanda tam sağalmasını diləyir”.




Facebook'da Paylaş