Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib

15-10-2022, 10:00

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.

Ordum.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“Qardaş Türkiyənin Bartın şəhərində mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Yaralıların tezliklə sağalmasını, mədəndə dağıntılar altında qalmış insanların qurtarılmasını arzulayırıq. Başın sağolsun, Türkiyə”, - paylaşımda bildirilib.

Qeyd edək ki, Türkiyənin Bartin vilayətində kömür mədənində bu gecə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir




Facebook'da Paylaş