QHT layihə çərçivəsində Tovuz rayonunda tədbir keçirib

12-09-2022, 20:53

QHT layihə çərçivəsində Tovuz rayonunda tədbir keçirib


QHT layihə çərçivəsində Tovuz rayonunda tədbir keçirib - FOTOLAR

QHT layihə çərçivəsində Tovuz rayonunda tədbir keçirib - FOTOLARAzərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müvəkkil Hüquq Mərkəzi "Şəhid ailələri və qazilərin hüquqlarının müdafiəsi" layihəsi çərçivəsində Tovuz rayonunda tədbir keçirib.

Tovuz Rayon Gənclər Evində baş tutan görüşdə otuza yaxın şəhid ailəsi və qazilər iştirak edib.
Layihə rəhbəri Səməd Vəkilov rəhbərlik etdiyi Müvəkkil Hüquq Mərkəzinin şəhid ailələri və müharibə iştirakçıları ilə işləməkdə böyük təcürbəsi olduğunu uzun illər bu sahədə davamlı olaraq fəaliyyət göstərdiyini bildirdi.

S.Vəkilov qeyd etdi ki, Azərbaycan dövlətinin əsas prioritetlərindən biri də məhz şəhid ailələri, müharibə iştirakçılarına, qazilərin hüquqlarının təmin olunmasıdır.

O, bildirib ki, təsadüfi deyil ki, Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi hər il bu sahəni dəstəkləyən layihələr həyata keçirir.

Görüşdə iştirak edən Qovlar Şəhər Bələdiyyəsinin sədri Rövşən Əsgərov şəhid ailələri və müharibə iştirakçılarına qayğı göstərməyin hər bir kəsin borcu olduğunu bildirdi. R.Əsgərov bu kateqoriyadan olan həssas təbəqəyə qayğı göstərilməsində dövlət qurmları, Qeyri-Hökümtət Təşkilatları və bələdiyyələrin öz gücünü birləşdirməsinin faydalı olacağını bildirdi.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Azər Fərmanzadə layihənin vacibliyini qeyd edərək sözügedən həssas sosial təbəqə ilə bağlı bu cür layihələrin davamlı olmasını səmərəli olacağnı bildirdi.

Tədbirdə Müvəkkil Hüquq Mərkəzinin sədr müavini, Qarabağ müharibəsi iştirakçısı Mobil Vəkiloğlu iştirakçıları maraqlandrıran suallara cavab verdi. Layihə çərçivəsində hazırlanmış maarifləndirici bukletlər təqdim edildi. Hüquqi yardıma ehtiyacı olan şəxslərin qeydiyyatı aparılaraq layihə çəçivəsində hüquqi yardımlar göstəriləcəyi barədə məlumat verildi.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon təşkilatının sədri Tofiq Rəhimov və təşkilatın fəxri üzvü Əsgər Əsgərov, Fərrux Hacıyev, Rahim Qədimovda iştirak ediblər.




Facebook'da Paylaş