Avropa, Asiya və Cənubi Amerikanın logistika şirkəti Azərbaycanla bağlı layihə hazırlayıb

4-09-2022, 10:00

Avropa, Asiya və Cənubi Amerikanın logistika şirkəti Azərbaycanla bağlı layihə hazırlayıb

Almaniyanın Avropa, Asiya və Cənubi Amerikada fəaliyyət göstərən məşhur logistika şirkəti “Rhenus Logistics” Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ilə bağlı ümumi layihə hazırlayıb.

Ordum.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə “Rhenus Logistics”in baş direktoru Tobias Bars deyib.

"Türkiyə iqtisadiyyatının gələcəyini görürük, çünki o, maraqlı istehsal və ticarət bazarıdır, həm də digər təchizat zəncirlərinin mərkəzindədir. Qazaxıstan, Azərbaycan, Gürcüstanı Türkiyə ilə birləşdirməyi nəzərdə tuturuq”, - o bildirib.

“Türkiyə dəniz və ya quru daşımaları üçün ən uyğun yerdir. Türkiyə coğrafi baxımdan uyğun mövqedədir, məhsuldarlıq və istehsal baxımından güclü və yüksək ixtisaslı işçi qüvvəsi mövcuddur”, - Tobias Bars vurğulayıb.

“Rhenus Logistics”in baş direktoru məsafə baxımından yaxın istehsal mərkəzlərinin və yüksək səviyyəli logistikanın mövcudluğunun getdikcə daha çox əhəmiyyət kəsb etdiyini və bu səbəbdən Türkiyəyə böyük sərmayə qoyduğunu bildirib. Türkiyəni tədarük zəncirinin mərkəzi olaraq gördüyünü əlavə edib.

Qeyd edək ki, logistika sənayesində 1912-ci ildə əsası qoyulan “Rhenus Logistics” ailə şirkəti 52 ölkədə fəaliyyət göstərir. Təxminən 40 min işçisi olan şirkət 2021-ci ildə 7 milyard avro gəlir əldə edib. Bu il “Rhenus Logistics”in ticarət dövriyyəsinin 8 milyard avro olacağı proqnozlaşdırılır.




Facebook'da Paylaş