Pensiyaçıların Şuşaya səfəri təşkil olunub

2-06-2022, 14:02

Pensiyaçıların Şuşaya səfəri təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu “Şuşa ili” çərçivəsində şuşalı pensiyaçıların Şuşaya səfərini təşkil edib.

Fonddan Ordum.az-a verilən məlumata görə, iki günlük səfər zamanı pensiyaçılar Şuşada Yuxarı Gövhər ağa məscidini, məşhur sənətkar Bülbülün ev-muzeyini, Şərqdə opera janrının banisi Üzeyir Hacıbəylinin ev-muzeyini, eləcə də XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət edəcəklər.

Səfər “Cıdır düzü”ndə təşkil olunan toplantı ilə başa çatacaq.




Facebook'da Paylaş