Bakı Dövlət Universitetində I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilib.
Bakı Dövlət Universitetində I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilib.Tədbir Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Bakı Dövlət Universiteti, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi, Yunus Əmrə İnstitutu, İLESAM və Azərbaycan Yaradıcılıq Fondunun təşkilati dəstəyi ilə baş tutub.
Tədbirdə yer alan Dədə Ələsgər Ocağı İctimai Birliyi, Türk dünyası mədəniyyətinin təbliğinə göstərdiyi yüksək xidmətlərə görə TÜRKSOY Genel Sekretar Yardımçısı Doç. Dr. Bilal Çakıcı (Türkiyə), Gumuliyev Avrasya Üniversitesi Türkoloji Bölümü Başkanı Prof. Dr. Şarip Amantay (Qazaxıstan), fəlsəfə elmləri doktoru, professor Nigina Şermuhamedova (Özbəkistan), akademik və tərcüməçi Kenan Çarboğa (Türkiyə) və tədbirin təşkilatçılarından Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri yazıçı, şair Xəyal Rza "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin ən ali mükafatı "Aşıq Ələsgər-200" yubiley medalı və fəxri diplomlarla təltif olunublar.
Tədbirdə çıxış edən Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgər təltif olunanları təbrik edərək, onlara bu müqəddəs işlərində uğurlar arzulayıb. Festivalda şair, publisist Güllü Eldar Tomarlı, şair Südabə İrəvanlı, aşıq Şaiq İncəli və aşıq Ramin Qarayev çıxış edərək tədbirdə Dədə Ələsgər Ocağı İctimai Birliyini təmsil ediblər.
Facebook'da Paylaş