Rayonlarda "Biznes Plan" hazırlamaq qaydalarının öyrədilməsi” layihəsi icara edilib.

24-05-2022, 08:06

Rayonlarda "Biznes Plan" hazırlamaq qaydalarının öyrədilməsi”  layihəsi icara edilib.

Qusar rayonunda “Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarında Şəhid ailələrinə və qazilərə "Biznes Plan" hazırlamaq qaydalarının öyrədilməsi” layihəsi icara edilmişdir.
Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyələşdirdiyi “Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarında Şəhid ailələrinə və qazilərə "Biznes Plan" hazırlamaq qaydalarının öyrədilməsi” layihəsi 20 may 2022-ci il tarixində icra planına uyğun olaraq, Qusar rayonunda icra etmişdir.

Layihənin icrası Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin anımı ilə başladı. Layihə rəhbəri, Marketinq Fəaliyyətinin İnkişanfına Dəstək İctimai Birliyi sədri Yahya Sənan çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ordu quruculuq siyasətindən onun rəhbərliyi ilə başladılan Vətən müharibəsindən və əldə olunmuş böyük zəfər haqqında geniş məruzə elədi. Sonra Yəhya Sənan layihənin məzmunu haqqında (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan vətəndaşların ailə üzvlərinin və qazi olan vətəndaşların müstəqil məşğulluqlarının təmin olunması istiqamətində, sahibkarlıq fəaliyyətinə başlamaları üçün biznes planın yazılması qaydaları və maliyyə resurslarına çıxış istiqamətində maarifləndirmənin həyata keçirilməsi) geniş məlumat verdi.

Qusar rayonunun İcra Hakimiyyətinin "Vətən Müharibəsi İştirakçıları və Şəhid ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Turab Allahverdiyev tədbirdən öncə Qusar rayonunun əhalisi, Vətən müharibəsində iştirak etmiş qazilər və şəhidlər haqqında geniş məlumat verdi. Eyni zamanda, Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə məşğulluq problemlərinin həlli ilə əlaqıdar göstəriş və sərəncamların icrası haqqında geniş çıxış elədi.
Layihənin icrası zamanı şəhid ailələri və qazilərin müstəqil sahibkarlıq fəaliyyət ilə məşğul olması üçün dövlətin yaratdığı aşağı faizli maliyyə mənbələri və biznes planın yazılması haqqında geniş biliklər qazandılar.




Facebook'da Paylaş