“Marketinq Fəaliyyətinin İnkişafına Dəstək” İctimai Birliyi Şabran rayonunda layihə həyata keçirib

12-04-2022, 18:16

“Marketinq Fəaliyyətinin İnkişafına Dəstək” İctimai Birliyi Şabran rayonunda layihə həyata keçirib


Şabran rayonunda “Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarında Şəhid ailələrinə və qazilərə "Biznes Plan" hazırlamaq qaydalarının öyrədilməsi” layihəsi icra edilmişdir.

“Marketinq Fəaliyyətinin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyələşdirdiyi “Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarında Şəhid ailələrinə və qazilərə "Biznes Plan" hazırlamaq qaydalarının öyrədilməsi” layihəsi aprelin 8-də icra planına uyğun olaraq, Şabran rayonunda icra etmişdir.

Layihənin icrası Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin anımı ilə başladı. Layihə rəhbəri Yəhya Sənan layihənin məzmunu haqqında (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan vətəndaşların ailə üzvlərinin və qazi olan vətəndaşların müstəqil məşğulluqlarının təmin olunması istiqamətində, sahibkarlıq fəaliyyətinə başlamaları üçün biznes planın yazılması qaydaları və maliyyə resurslarına çıxış istiqamətində maarifləndirmənin həyata keçirilməsi) geniş məlumat verdi.


Şabran Rayon İcra Hakimiyyətinin "Vətən Müharibəsi İştirakçıları və Şəhid ailələri ilə İşin Təşkili Şöbəsinin böyük məsləhətçisi S. İsmayılov tədbirdən öncə Şabran rayonunun əhalisi, Vətən müharibəsində iştirak etmiş qazilər və şəhidlər haqqında ətraflı məlumat verdi. Eyni zamanda, Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə məşğulluq problemlərinin həlli ilə əlaqədar göstəriş və sərəncamlarının icrası haqqında geniş çıxış elədi.
Layihə rəhbəri, “Marketinq Fəaliyyətinin İnkişanfına Dəstək” İctimai Birliyinin sədri Yəhya Sənan çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu siyasətindən, onun rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş böyük zəfər haqqında geniş məruzə elədi.

Layihənin icrası şəhid ailələrində və qazilərdə böyük maraq yaratdı. Şəhid ailələri və qazilərin müstəqil sahibkarlıq fəaliyyətilə məşğul olması üçün dövlətin yaratdığı aşağı faizli maliyyə mənbələri və biznes planın yazılması haqqında geniş biliklər qazandılar.
“Marketinq Fəaliyyətinin İnkişafına Dəstək” İctimai Birliyinin sədri yekun çıxışında bildirdi ki, maliyyə mənbələrinə çıxış, biznes planın yazılması və onları maraqlandıran məsələlərlə bağlı təşkilata müraciət edə bilərlər.





Facebook'da Paylaş