Nəriman Nərimanovun xatirə muzeyində “Qədim Şuşa” tədbiri keçirildi

22-04-2022, 07:19

Nəriman Nərimanovun xatirə muzeyində “Qədim Şuşa” tədbiri keçirildi

Nəriman Nərimanovun xatirə muzeyində “Qədim Şuşa” tədbiri keçirildi

Aprelin 19-da Nəriman Nərimanovun xatirə muzeyində muzey rəhbərliyinin və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi Ictimai Birliyinin təşkilatçılığı ilə “Qədim Şuşa” adlı tədbir keçirildi. Tədbirdə “Aytam” UMMİB-nin sədri Aygün Zamanlı, birliyin üzvləri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, publisist, 226 saylı tam orta məktəbin tarix müəllimi Təranə Cəbiyeva, N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin rus dili müəllimi Xatirə Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Həsənxanlı Murad və təşkilatın fəal üzvləri, 226 və 45 nömrəli tam orta məktəblərin şagirdləri iştirak etdi.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Ləman Hüseynova açaraq, qonaqları salamladı. Sonra Təranə Cəbiyevanın vətənpərvərlik mövzusuna həsr etdiyi şerlərindən ibarət videoçarx nümayiş olundu. Muzeyin direktoru Ləman Hüseynova çıxışında bu günki tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamla əlaqədar keçirildiyini diqqətə çatdırdı. Təranə Cəbiyeva çıxışında qeyd etdi ki, “vaxtilə toplaşdığımız məkanda Qarabağla, Şuşayla bağlı xatirələr də çox olub. Yazıçı, müəllim, Azərbaycanın ictimai xadimi Nəriman Nərimanovun Azərbaycanın ayrılmaz hissəsi Şuşayla bağlı arzuları da çox olub.
Bu gün Nəriman Nərimanovun ruhu şaddır ki, Şuşa azaddır. Çox sevincliyik ki, 30 ildən sonra Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində tarix yazan öğullarımız Şuşanı erməni işğalından azad etdi. Daha sonra Səid Quliyev, Elgün Qulamov, Ləman Bəkirova, Zərif Qazi tədbir iştirakçılarına şeir və mahnı çələngini ərməğan etdilər. Tədbirin sonunda muzeyin direktoru Ləman Hüseynova tərəfindən istedadlı gənclər təşəkkürnamə ilə təltif olundular.


Təranə Cəbiyeva




Facebook'da Paylaş