Ağcabədidə "Kəşfiyyatçı" filminin təqdimatı olacaq.

10-04-2022, 19:58

Ağcabədidə "Kəşfiyyatçı" filminin təqdimatı olacaq.

Ağcabədidə "Kəşfiyyatçı" filminin təqdimatı olacaq.

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə həyata keçiləcək "Kəşfiyyatçı” filminin çəkilməsi adlı layihəsinin başa çatmasına az qalıb. Vətən müharibəsi şəhidi Mirağa Əliyevin xatirəsinə çəkilən “Kəşfiyyatçı” filmi artıq tam olaraq hazırdır. Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək “Kəşfiyyatçı” filminin çəkilməsi adlı layihənin icrasını “Vətənpərvərlər” Maarifləndirilmə İctimai Birliyi həyata keçirir. Layihə Ağcabədi rayonunun Xocavənd kəndində həyata keçirilir. Layihənin icrası məqsədi ilə çəklən filmdə Xocavənd kənd sakinləri ata oğul haqda danışılacaq. 1992-ci ilin döyüşlərində iştirak etmiş Əliyev Musanın döyüş bacarığı və vətənsevərliyi onun komandirləri və dostları yanında çox böyük qiymətlə dəyərləndirilir. 2020-ci ilin döyüşlərinə şəhid Əliyev Mirağa Musa oğlunu aparan isə atası Musanın vətənpərvərliyi və tərbiyyəsi olub. Kəşfiyyat taborunun əsas kəşfiyyatçılarından bir olan Mirağa komandirlərinin əmrlərini əsil hərbçi, kəşfiyyatçı bacarığı ilə yerinə yetirib və həmişə diqqət mərkəzində olan döyüşçü olub. 20 yaşlı şəhidimiz Mirağa Əliyev 2020-ci il sentyabr ayının 29-da Cəbrayıl rayonunun erməni qəsbkarlarının Azərbaycan ərazilərindən təmizlənməsi uğrunda gedən döyüşlərdə vətəni azad edərkən qəhramancasına şəhid olub.
Şəhid Əliyev Mirağanın vətən yolunda xidməti dövlətimiz tərəfindən, "Vətən uğrunda" və "Füzulinin azad edilməsi uğrunda" medalları ilə qiymətləndirilib. Allah rəhmət eyləsin.
"Kəşfiyyatçı" filminin təqdimatı Ağcabədi rayonunun Mədəniyyət evində aprel ayının 23-də keçiriləcək. Tədbirdə şəhid ailələri, qazilər və digər ictimaiyyət adamları iştirak edəcəklər. Tədbir zamanı iştirakçılara "Kəşfiyyatçı" filminin diskləri paylanacaq.

Layihənin rəhbəri Q. Novruzov




Facebook'da Paylaş