Azərbaycanın cari əməliyyatlar balansında ötən il 8 milyard dollardan çox qalıq olub

17-03-2022, 10:24

Azərbaycanın cari əməliyyatlar balansında ötən il 8 milyard dollardan çox qalıq olub

2021-ci ildə Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 8 291,6 milyon ABŞ dolları məbləğində qalıq yaranıb. Halbuki, 2020-ci ildə CƏB üzrə 227,6 milyon ABŞ dollarlıq kəsir yaranmışdı.

Ordum.az xəbər verir ki, ümumi qalıq xarici ticarət balansındakı 11 273,6 milyon dollarlıq qalıq (4,5 dəfə çox), xidmətlər balansındakı 2 122,9 milyon dollarlıq kəsir (25,3% az), ilkin gəlirlər balansındakı 1 318,6 milyon dollarlıq kəsir ( 2,9 dəfə çox) və təkrar gəlirlər balansındakı 459,5 milyon dollarlıq qalıq (17,6% az) hesabına formalaşıb.

"Hesabat dövründə CƏB üzrə qalıq ümumi daxili məhsulun (ÜDM) dəyərinin 15,2%-i qədər olub. Son 1 ildə neft-qaz sektoru üzrə CƏB qalığı 2,8 dəfə artaraq 14 milyard dollara, qeyri-neft-qaz sektoru üzrə CƏB kəsiri isə 7,7% artaraq 5,7 milyard dollara çatıb", - AMB bəyan edib.




Facebook'da Paylaş