Qulluq stajına görə əlavələr alan pensiyaçıların 70 faizi hərbçilərdir

11-03-2022, 11:52

Qulluq stajına görə əlavələr alan pensiyaçıların 70 faizi hərbçilərdir

“Qulluq stajına görə əlavələr alan pensiyaçılara daha çox (70 %) hərbi rütbəli şəxslər daxildir”.

Ordum.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev “Sosial saat”da deyib.

O bildirib ki, bu kateqoriyaya aid olan digər şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşları, məhkəmə hakimləri, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının üzvləri, deputat və s-dir”.

Qeyd edək ki, Prezidentin müvafiq sərəncamı ilə qulluq stajına görə əlavələr alan pensiyaçılara hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım veriləcək. Bu məqsədlə dövlət büdcəsindən illik 86 milyon manat əlavə vəsait ayrılacaq. Bu maddi yardım müvafiq kateqoriyadan olan 100 min pensiyaçını əhatə edir.




Facebook'da Paylaş