Vətən müharibəsi zamanı xəstəxanada unudulan çantanın sahibi axtarılır - FOTO

5-01-2022, 15:31

Vətən müharibəsi zamanı xəstəxanada unudulan çantanın sahibi axtarılır - FOTO

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında (RMX) yaralı döyüşçüləri ziyarət edənlərdən birinin burada unutduğu çantanın sahibi hələ də axtarılır.

Ordum.az-ın məlumatına görə, Vətən müharibəsi zamanı hərbi xəstəxanaya çevrilən Biləsuvar RMX-da yaralı döyüçşçüləri ziyarət edənlərdən biri burada çantasını unudub.

Xəstəxanadan bildirilib ki, çanta yaralı döyüşçülərdən birinin yanına gətirilən övladına aiddir: "Çantanın içində uşaq paltarları var".

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Biləsuvar Rayon Mərkəzi Xəstəxanası hərbi xəstəxanaya çevrilib.

Burada yüzlərlə yaralı döyüşçülərə xidmət göstərilib.




Facebook'da Paylaş