Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə bağlı təklif olunan vergi güzəştlərinin həcmi artırılır

22-11-2021, 20:07

Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə bağlı təklif olunan vergi güzəştlərinin həcmi artırılır

Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən maddi yardımların gəlir vergisindən azad olunan məbləği 10 min manatdan 20 min manata qədər artırılır.

Ordum.az-ın məlumatına görə, bunu bu gün Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclasında bildirib.

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin birinci oxunuşunda bu məbləğ 10 min manat olub. Beləliklə, deputatların birinci oxunuşda qaldırdığı məsələlər əsasında Vergi Məcəlləsində ikinci oxunuşda bu məbləğ artırılıb.

Eyni zamanda layihədə “Müharibədə yaralanan” anlayışı “Müharibə iştirakçıları” termini ilə əvəz olunub.

Layihə parlamentin plenar iclasına tövsiyə olunub.




Facebook'da Paylaş