"Past": Arşak Karapetyan Rusiya pasportuna da sahibdir?

22-11-2021, 10:45

"Past": Arşak Karapetyan Rusiya pasportuna da sahibdir?

Bu günlərdə Ermənistanda müdafiə naziri Arşak Karapetyanın işdən çıxarılması ilə bağlı müxtəlif səbəblər səsləndirilir.

Ordum.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" nəşri yazıb.

Məlumata görə, əslində bunun bir neçə səbəbi olub, "kulminasiya nöqtəsi" isə Paşinyana məlum olan bir informasiya olub.

Nəşr bildirib ki, Paşinyana Arşak Karapetyanın Rusiya Federasiyasının pasportuna da sahib olması barədə məlumat verilib.

"Paşinyan lüzumsuz hay-küy salmamaq üçün Karapetyanı səssizcə istefaya getməyə çağırıb ki, bu da edilib", - deyə müəllif yazıb.




Facebook'da Paylaş