Ermənistanın yeni müdafiə naziri təyin edildi

2-08-2021, 20:28

Ermənistanın yeni müdafiə naziri təyin edildi

Arşak Karapetyanı Ermənistanın yeni müdafiə naziri təyin edilib.
Bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, Karapetyan bu gün müdafiə nazirinin birinci müavini vəzifəsindən azad edilib və Paşinyanın təqdimatı ilə nazir vəzifəsi alıb.
Xatırladaq ki, A.Karapetyan 20 iyul tarixində Ermənistan MN-nin birinci müavini təyin edilib. O, nazir vəzifəsini icra edirdi.




Facebook'da Paylaş