İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının yenidən qurulmasında Belarus iştirak edə bilər

4-10-2021, 13:26

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının yenidən qurulmasında Belarus iştirak edə bilər

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycan-Belarus İşçi qrupunun 1-ci iclası keçirilib.

Bu barədə Ordum.az-a Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Onlayn iclasda Azərbaycan tərəfdən Azərbaycan tərəfdən İşçi Qrupun həmsədri, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Belarus tərəfdən İşçi Qrupun həmsədri, Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini İqor Brılo, hər iki ölkənin müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahədə aparılan islahatlar, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, aqrar xidmətlərin elektronlaşdırılması barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illərdə qeyri-neft sektoruna göstərilən yüksək diqqət nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub və bu istiqamətdə yeni strateji inkişaf hədəfləri müəyyən edilib. Onlayn iclasda Azərbaycanın aqrar sektorunun perspektivləri, hökumətin aqrar sahədə prioritetləri, eləcə də bu sahədə modernləşmə, ixracın inkişafı və kənd təsərrüfatına maliyyə dəstəyi ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, Azərbaycan və Belarus arasında kənd təsərrüfatında hazırki vəziyyət, eləcə də qlobal pandemiyanın bu sektora təsiri barədə müzakirələr aparılıb. Azərbaycanda hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində kənd təsərrüfatının ölkə iqtisadiyyatında ən az ziyan çəkmiş sektor olduğu diqqətə çatdırılıb.




Facebook'da Paylaş