Xersonda Rusiya ordusunun hərbi bazası məhv edilib

7-09-2022, 17:40

Xersonda Rusiya ordusunun hərbi bazası məhv edilib

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Rusiyanın şəxsi heyətinin və hərbi texnikasının olduğu bazanı məhv edib.
Ordum.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Pivden” əməliyyat komandanlığından bildirilib.

Qeyd olunub ki, Ukrayna ordusu mövqe döyüşlərini davam etdirir: “Qarşı tərəf maddi-texniki təchizat baxımından itkilər verir. Bu, Rusiya ordusunda ruh düşkünlüyü yaradır”.

Məlumata görə, anbarın vurulması nəticəsində 30 hərbçi və 2 piyada döyüş maşını məhv edilib.




Facebook'da Paylaş