Baş Qərargah: "Son sutkada Ukraynanın hərbi və mülki obyektlərinə 25 raket zərbəsi endirilib"

5-09-2022, 10:30

Baş Qərargah: "Son sutkada Ukraynanın hərbi və mülki obyektlərinə 25 raket zərbəsi endirilib"

"Son sutkada Rusiya Silahlı Qüvvələri Ukraynada hərbi və mülki obyektlərə 25 raket zərbəsi endirib".

Ordum.az xəbər verir ki, bu, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının gündəlik operativ məlumatında öz əksini tapıb.

Qeyd olunub ki, xüsusilə, Xarkov, Dmitrivka, Soledar, Nikolayev kimi ərazilərdə mülki infrastruktur ziyan görüb:

"Qarşı tərəf öz səylərini Donetsk vilayətinin tam nəzarətə götürülməsinə, bir hissəsi ələ keçirilən Xerson, Xarkov, Zaporejye və Nikolayev vilayətlərinin nəzarətdə saxlanmasına, həmçinin hücumun bərpası üçün əlverişli şəraitin yaradılmasına, zəif nöqtələrin axtarışına yönəldib. Ukraynanın hər yerində hərbi və mühüm infrastruktur obyektlərinə kütləvi hava və raket zərbələri endirilməsi təhlükəsi hələ də var".

Məlumata görə, Zaporejye istiqamətində düşmən Novopol və Novosilka rayonlarını atəşə tutub: "Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində məcburi səfərbərlik davam edir. Müdafiə qüvvələrimiz müdafiə əməliyyatlarını davam etdirir. Müəyyən edilmiş sərhədlər qorunur. Düşmənin Ukrayna ərazisində irəliləməsinin qarşısı alınır".




Facebook'da Paylaş