Ukrayna Baş Qərargahı: "Xarkova raket zərbələri endirilib, yaşayış məntəqələri atəşə tutulub"

5-07-2022, 10:00

Ukrayna Baş Qərargahı: "Xarkova raket zərbələri endirilib, yaşayış məntəqələri atəşə tutulub"

“Volın və Polisski istiqamətlərində heç bir ciddi dəyişiklik olmayıb. Rusiyanın Belarus ərazisindən və hava məkanından raket və hava zərbələri endirməsi təhlükəsi qalmaqdadır”.

Ordum.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında qeyd olunub.

Baş Qərargahın məlumatında bildirilir ki, düşmən Çerniqov vilayətinin Mxa, Zalizniy Mıst və Sumı vilayətinin Şaliqine yaşayış məntəqələri ərazilərində minaatanlardan hücumlar həyata keçirib: "Mi-24 helikopteri Sumı vilayətinin Esman qəsəbəsi ərazisində məktəb binasına zərbə endirib. Xarkov istiqamətində isə düşmən əsas səylərini işğal etdiyi ərazilərdə möhkəmlənməyə və qoşunlarımızın irəliləməsinin qarşısını almağa yönəldib. Qarşı tərəf Kutuzivka, Nove, Ruski Tışki, Mala Danylivka və Dementivka yaşayış məntəqələri ərazilərini artilleriya, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və tanklardan atəşə tutub".

Məlumatda vurğulanıb ki, həmçinin Xarkov şəhərinə raket zərbələri endirilib: "Düşmən Baxmut istiqamətində və Novoluqanske qəsəbəsi istiqamətində də hücumlar aparır, hazırda döyüşlər davam edir"

Baş Qərargahının gündəlik operativ məlumatında qeyd olunub ki, Rusiya qoşunları ruhdan düşüb: “Onlar yüngül xəsarət almaq üçün fürsət axtarırlar. Həmçinin özlərini yaralamağa və müxtəlif sağlamlıq manipulyasiyalarına əl atmağa başlayıblar. Bu yalnız öz ölkələrinə sağ-salamat qayıtmaları üçündür”




Facebook'da Paylaş