Ukrayna Rusiya ərazisinə ağır zərbələr endirdi

3-07-2022, 16:57

Ukrayna Rusiya ərazisinə ağır zərbələr endirdi


Ukrayna tərəfi “Toçka-U” raketləri ilə Belqorod şəhərinə zərbələr endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov məlumat verib:
“Bu gecə, Moskva vaxtı ilə saat 03:00-dan 3:30-a qədər Ukrayna kasetli mərmilərlə birlikdə "Toçka-U" ballistik raketləri və Tu-143 “Reys” PUA-ları ilə Belqorod və Kursk şəhərlərində hərbi obyektlərin olmadığı yaşayış məntəqələrinə qəsdən zərbələr endirib”, - Konaşenkov bildirib.
Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə vasitələri “Toçka-U” raketləri havada məhv edib.
Bununla yanaşı, vurulan raketlərdən birinin qalığı yaşayış evinə düşüb.
Konaşenkov Kursk istiqamətində də 2 ədəd Tu-143 “Reys” PUA-nın vurulduğunu deyib.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov isə bildirib ki, zərbələr nəticəsində 4 nəfər (Rusiya tərəfi ölənlərdən 3-nün Ukrayna vətəndaşı olduğunu iddia edir – red.) ölüb.
11 çoxmərtəbəli yaşayış binasına, 40 şəxsi tikiliyə də ziyan dəyib.




Facebook'da Paylaş