Ukrayna Baş Qərargahı: "Rusiya qoşunları iki yaşayış məntəqəsindən geri çəkilib"
“Belarus Silahlı Qüvvələri Volın və Polissya ərazilərində Belarus-Ukrayna sərhədinin mühafizəsinin gücləndirilməsi üzrə tapşırıqların icrasını davam etdirir. Belarus ərazisindən infrastruktur obyektlərinə və Müdafiə Qüvvələrinin bölmələrinə zərbələr endirilməsi təhlükəsi var”.
Ordum.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.
“Şimal istiqamətində isə düşmən Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədinin mühafizəsini gücləndirmək üçün tədbirlər görür. Qarşı tərəf Xarkov istiqamətində aktiv hücum əməliyyatları keçirməyib. Müdafiə Qüvvələrinin ehtimal olunan fəaliyyət sahələrinin uzaqdan minalanması işləri aparılıb. Əsas səylər işğal olunmuş mövqelərin saxlanmasına, itkilərin və ehtiyatların artırılmasına, həmçinin hücumun bərpasına şərait yaradılmasına yönəldilib. Təmas xətti boyunca bölmələrimizə atəş zərbələri, raket zərbələri davam edir. Rusiya Silahlı Qüvvələri bəzi istiqamətlərdə uğur qazana bilməyib və itki verib”.
Məlumata görə, Ukrayna Müdafiə Qüvvələrinin hərəkətləri nəticəsində Rusiya qoşunları xeyli itki verərək Novopil və Novodarivka yaşayış məntəqələri ərazilərində geri çəkilib:
“Cənub Buq istiqamətində işğalçılar əsas səylərini işğal olunmuş sərhədlərin saxlanmasına yönəldiblər. Döyüşlər davam edir. Rusiyada gizli səfərbərlik tədbirləri davam edir. Voronej vilayətində ehtiyatda olan hərbçilər hazırlanır. Son 24 saat ərzində Donetsk və Luqansk istiqamətlərində qarşı tərəfin 8 hücumu dəf edilib. Həmçinin 5 tank, 10 zirehli döyüş maşını, 4 texnika vurulub. Hava hücumundan müdafiə bölmələri Orlan-10 PUA-larını məhv edib. Xarkov vilayətində Hücum Qoşunlarının hərbçiləri Ka-52 döyüş helikopterini vurublar”.
Facebook'da Paylaş