Ukrayna Baş Qərargahı: "Donetsk və Luqanskda Rusiyanın 8 hücumu dəf edilib"

31-05-2022, 10:30

Ukrayna Baş Qərargahı: "Donetsk və Luqanskda Rusiyanın 8 hücumu dəf edilib"

Ukrayna Hərbi Hava Qüvvələri Xarkov, Donetsk, Luqansk və Xerson vilaylətləri istiqamətində Rusiya qoşunlarının mövqelərinə havadan zərbələr endirib.

Ordum.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukraynanın zenit-raket qoşunları Odessada Rusiyanın “X-22” qanadlı raketini vurub. Məlumata görə, Ukrayna müdafiəçiləri qarşı tərəfin Donetsk və Luqansk istiqamətində 8 hücumunun qarşısını alaraq 1 tankını, 4 artilleriya sistemini, 5 zirehli döyüşü maşınını və 2 avtomobilini məhv edib. Eyni zamanda, Ukrayna Hava Hücumundan Müdafiə bölməsi rəqibin “X-59MK” qanadlı raketini məhv edib.




Facebook'da Paylaş