Baş Qərargah: "Rusiyanın Donetsk və Luqansk istiqamətində 11 hücumunun qarşısı alınıb"

21-05-2022, 09:45

Baş Qərargah: "Rusiyanın Donetsk və Luqansk istiqamətində 11 hücumunun qarşısı alınıb"

Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının Donetsk və Luqansk istiqamətində 8 tankını, 3 artilleriya sistemini, 10 zirehli döyüş texnikasını, 3 xüsusi zirehli avtomobilini və 6 avtomobil texnikasını məhv edib.

Ordum.az xəbər verir ki, məlumatı UNIAN yayıb.

Bildirilib ki, Donetsk və Luqansk istiqamətdə Rusiyanın 11 hücumunun qarşısı alınıb.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri qarşı tərəfin 3 PUA-sını qanadlı raketini və tipi məlum olmyan bir helikopterini məhv edib.




Facebook'da Paylaş