Ukrayna Baş Qərargahı: "İndiyədək Rusiyanın 203 təyyarəsi məhv edilib"

19-05-2022, 10:55

Ukrayna Baş Qərargahı: "İndiyədək Rusiyanın 203 təyyarəsi məhv edilib"

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Ordum.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 28 500 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 254 ədəd tankı, 3 063 ədəd zirehli döyüş maşını, 595 ədəd artilleriya sistemi, 199 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 203 ədəd hərbi təyyarəsi, 167 ədəd helikopteri, 103 qanadlı raket, 2 157 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 455 ədəd dronu və 43 ədəd xüsusi texnikası məhv edilib.




Facebook'da Paylaş