Ukrayna Baş Qərargahı: "Məhv edilən Rusiya tanklarının sayı 1 000-ə yaxınlaşır

28-04-2022, 11:18

Ukrayna Baş Qərargahı: "Məhv edilən Rusiya tanklarının sayı 1 000-ə yaxınlaşır

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Ordum.az-ın xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 22 800 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 970 ədəd tankı, 2 389 ədəd zirehli döyüş maşını, 431 ədəd artilleriya sistemi, 151 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 72 hava hücumundan müdafiə sistemi, 187 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 1 688 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 215 ədəd dronu, 31 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib




Facebook'da Paylaş