Ukrayna Baş Qərargahı: "Rusiyanın 27 200 hərbçisi zərərsizləşdirilib

14-05-2022, 11:32

Ukrayna Baş Qərargahı: "Rusiyanın 27 200 hərbçisi zərərsizləşdirilib

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Ordum.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 27 200 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 205 ədəd tankı, 2 934 ədəd zirehli döyüş maşını, 551 ədəd artilleriya sistemi, 195 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 88 hava hücumundan müdafiə sistemi, 200 ədəd hərbi təyyarəsi, 163 ədəd helikopteri, 95 qanadlı raket, 2 042 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 411 ədəd dronu və 42 ədəd xüsusi texnikası məhv edilib.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.




Facebook'da Paylaş