Türkiyə MN: "İraqın şimalında zərərsizləşdirilən terrorçuların sayı 63-ə çatıb"

3-05-2022, 12:29

Türkiyə MN: "İraqın şimalında zərərsizləşdirilən terrorçuların sayı 63-ə çatıb"

İraqın şimalındakı "Pençe-Kilit" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 63-ə çatıb.

Ordum.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində paylaşım edilib.

"Pençe-Kilit" əməliyyatı planlaşdırıldığı kimi uğurla davam edir. Terrorçuların sığınacaqları məhv edilir. Ərazidə daha 2 terrorçu zərərsizləşdirilib. Beləliklə, zərərsizləşdirilən terrorçuların sayı 63-ə çatıb”, - paylaşımda bildirilib.




Facebook'da Paylaş