Türkiyə hərbçiləri İraqın şimalında terrorçuların 81 mağarasını ələ keçirib

29-04-2022, 12:44

Türkiyə hərbçiləri İraqın şimalında terrorçuların 81 mağarasını ələ keçirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pəncə Kilid” antiterror əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasının 81 mağara və sığınacaq yerini təmizləyərək nəzarət edir.

Ordum.az “TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirlıyi yayıb.

Məlumata görə, əməliyyat başlayandan indiyədək 369 əldəqayırma partlayıcı qurğu, 81 mağara və sığınacaq yeri ələ keçirilib. Bildirilib ki, Türkiyə əsgəri pulemyotda daxil olmaqla 94 ağır silah, raketatan, bombaatan və artilleriya kimi ağır silahlara aid 20 mindən çox sursat aşkarlayaraq götürüb. Əməliyyat başlayandan indiyədək 57 terrorçu zərərsizləşdirilib.

PUA və “ATAK” helikopterinin dəstəyi ilə keçirilən quru əməliyyatında Türkiyənin xüsusi təyinatlıları İraqın 30 km dərinliyinə daxil olub.

Qeyd edək ki, antiterror əməliyyatı aprelin 17-də başlayıb.




Facebook'da Paylaş