Ukrayna ordusu Xarkovda bir sıra yaşayış məntəqələrini işğaldan azad edib

18-04-2022, 20:12

Ukrayna ordusu Xarkovda bir sıra yaşayış məntəqələrini işğaldan azad edib

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin İzyum şəhəri ətrafındakı bir sıra yaşayış məntəqələrini işğaldan azad edib.

Ordum.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik aprelin 18-də keçirdiyi brifinqdə məlumat verib.

"Bəli, təsdiq edə bilərəm. Ukrayna hərbçilərinin intensiv döyüşləri nəticəsində bir sıra yaşayış məntəqələri azad edilib. Əlavə məlumat verə bilmərəm", - o deyib.

A.Motuzyanik bildirib ki, məhz Slobojanski istiqamətində İzyum şəhəri və onun ətrafı rus bölmələrinin ən çox cəmləşdiyi yerlərdir: "Məhz oradan onlar şərqə doğru hücumu intensivləşdirməyə çalışacaqlar".




Facebook'da Paylaş