Polis rəisi: "İndiyədək Kiyev vilayətində 900-dən çox dinc sakinin meyiti tapılıb

15-04-2022, 18:31

Polis rəisi: "İndiyədək Kiyev vilayətində 900-dən çox dinc sakinin meyiti tapılıb

"Bu günədək Ukraynanın Kiyev vilayətinin azad edilən ərazilərində 900-dən çox dinc sakinin meyiti aşkarlanıb".

Ordum.az UNIAN-a istinadən xəbər verir ki, bunu Kiyev vilayəti Milli Polisi Baş İdarəsinin rəisi Andriy Nebitov aprelin 15-də keçirdiyi brifinqdə bildirib.

O, həmin meyitləri aşkarladıqdan sonra detallı araşdırılması üçün məhkəmə-tibbi ekspertizaya verdiklərini deyib.

A.Nebıtov vurğulayıb ki, Buça şəhərində isə Rusiya hərbçilərinin qətlə yetirdikləri 350-dən çox vətəndaşın meyiti çıxarılıb.




Facebook'da Paylaş