Qarabağda daha 15 erməni hərbi qulluqçunun meyiti tapılıb

30-01-2021, 11:03

Qarabağda daha 15 erməni hərbi qulluqçunun meyiti tapılıb

Yanvarın 29-da axtarış işləri nəticəsində 15 erməni hərbi qulluqçunun meyiti tapılıb.

Ordum.az xəbər verir ki, hərbi əməliyyatlar zamanı məhv edilmiş bir erməni hərbi qulluqçunun meyiti Xocavənd rayonundan, 13-ü isə Cəbrayıl rayonundan tapılıb.

Bir erməni hərbi qulluqçunun meyitini isə Azərbaycan tərəfi erməni tərəfinə təhvil verib. Meyitin kimliyini müəyyənləşdirmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.

Yanvarın 29-na olan məlumatlara görə, axtarış işləri nəticəsində 1344 erməni meyiti tapılıb.




Facebook'da Paylaş